Azedu.az

Bu kollecin yeni direktoru kollektivə təqdim olunub

AzEdu Təhsil Platforması

25 Avqust 2026, 12:42
Bu kollecin yeni direktoru kollektivə təqdim olunub

Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin yeni direktoru Natəvan Həsənova kollektivə təqdim olunub.

Bu barədə AzEdu.az-Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib. 

Natəvan Həsənova Azərbaycan Milli Konservatoriyasında Qanun ixtisası üzrə bakalavriat və magistratura təhsili alıb, hər iki təhsil səviyyəsini fərqlənmə ilə tamamlayıb. Daha sonra dissertasiya işini müdafiə edərək sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsini əldə edib.

O, 2004-cü ildən Azərbaycan Dövlət Filarmoniyasının Xalq Çalğı Alətləri Orkestrində, 2007-ci ildən isə Azərbaycan Milli Konservatoriyasında pedaqoji fəaliyyət göstərir. Müxtəlif dövlət əhəmiyyətli tədbirlərdə solist və orkestr musiqiçisi kimi çıxış edib.

2015-ci ildə ABŞ-ın Nyu-York şəhərində yerləşən “Carnegie Hall”da keçirilən müsabiqədə “1-ci yer” və “Ən yüksək performans” diplomları ilə təltif olunub.

N.Həsənova bir sıra elmi və elmi-metodik əsərlərin müəllifidir. Təhsil sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən fəxri fərmanlarla təltif edilib.

Rus agentlərinə qarşı əməliyyat - Köçəryan tutuldu! ANBAAN VİDEO
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox