Azedu.az

Yeni Zelandiyadan 16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI

AzEdu Təhsil Platforması

25 Avqust 2026, 09:20
Yeni Zelandiyadan 16 yaşadək uşaqlara sosial şəbəkə QADAĞASI

Yeni Zelandiya Avstraliyanın ardınca 16 yaşadək uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıran qanun layihəsi hazırlayır. Müvafiq sənədin qarşıdakı bazar ertəsi parlamentə təqdim edilməsi planlaşdırılır.

AzEdu.az "Bloomberg" agentliyinə istinadən xəbər verir ki, bu barədə Yeni Zelandiyanın Baş naziri Kristofer Lükson açıqlama verib.

Qanun layihəsinə əsasən, bütün populyar sosial media platformaları istifadəçilərin yaşını yoxlamağa məcbur ediləcək. Tələbləri pozan şirkətlər qlobal gəlirlərinin 10 faizinə qədər cərimə oluna bilərlər. Bununla belə, qanunun noyabrın 7-də keçiriləcək seçkiyədək qəbul ediləcəyi ehtimalı azdır.

Baş nazir bildirib ki, hər üç yeniyetmədən biri gün ərzində beş saatdan çox vaxtını sosial şəbəkələrdə keçirir. Onun sözlərinə görə, bu vəziyyət yeniyetmələrin təhsilinə və psixi sağlamlığına mənfi təsir göstərir.

Kristofer Lükson qeyd edib ki, iri informasiya texnologiyaları şirkətləri illərdir bu problemin həlli üçün kifayət qədər tədbir görmədiklərinə görə dövlət müdaxilə etmək məcburiyyətində qalıb.

Lakin qanun layihəsinin ölkənin hakim koalisiya partiyaları arasında da əleyhdarları var. "NZ First" partiyasının lideri Uinston Piters Avstraliyada tətbiq olunan analoji tədbirlərin uğursuz olduğunu əsas gətirərək, fraksiyasının bu təşəbbüsü dəstəkləməyəcəyini bildirib.

ACT partiyası da qanun layihəsini səmərəsiz hesab edərək ona səs verməyəcəyini açıqlayıb.

Rusiyada ŞOK OLAYLAR - İnsanları döyə-döyə müharibəyə göndərirlər
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox