Ali təhsil müəssisələrinin müsabiqəsində 87 146 nəfər iştirak edib. Ümumilikdə 58 947 nəfər (o cümlədən 4 215 subbakalavr) müvafiq ali təhsil müəssisələrinə qəbul olunub.
Bu barədə AzEdu.az-a DİM-dən məlumat verilib.
Qeyd olunub ki, qəbul olanların 28 108 nəfəri (o cümlədən 1 145 subbakalavr) dövlət sifarişi əsasında, 317 nəfəri (o cümlədən 58 subbakalavr) dövlət hesablı əsasında, 30 522 nəfəri (o cümlədən 3 012 subbakalavr) isə ödənişli əsaslarla təhsil almaq hüququ qazanıb.
İxtisas qrupları üzrə qəbul göstəriciləri:
I ixtisas qrupu:
Cəmi qəbul olanlar: 19 177 nəfər (1 197 subbakalavr)
Ödənişli: 4 309 nəfər (418 subbakalavr)
Dövlət sifarişi əsasında: 14 689 nəfər (777 subbakalavr)
Dövlət hesablı əsasında: 179 nəfər (2 subbakalavr)
II ixtisas qrupu:
Cəmi qəbul olanlar: 15 524 nəfər (2 319 subbakalavr)
Ödənişli: 11 301 nəfər (2 319 subbakalavr)
Dövlət sifarişi əsasında: 4 223 nəfər (0 subbakalavr)
Dövlət hesablı əsasında: 0 nəfər (0 subbakalavr)
III ixtisas qrupu:
Cəmi qəbul olanlar: 15 332 nəfər (0 subbakalavr)
Ödənişli: 11 030 nəfər (0 subbakalavr)
Dövlət sifarişi əsasında: 4 224 nəfər (0 subbakalavr)
Dövlət hesablı əsasında: 78 nəfər (0 subbakalavr)
IV ixtisas qrupu:
Cəmi qəbul olanlar: 4 621 nəfər (627 subbakalavr)
Ödənişli: 1 064 nəfər (250 subbakalavr)
Dövlət sifarişi əsasında: 3 497 nəfər (321 subbakalavr)
Dövlət hesablı əsasında: 60 nəfər (56 subbakalavr)
V ixtisas qrupu:
Cəmi qəbul olanlar: 4 293 nəfər (72 subbakalavr)
Ödənişli: 2 818 nəfər (25 subbakalavr)
Dövlət sifarişi əsasında: 1 475 nəfər (47 subbakalavr)
Dövlət hesablı əsasında: 0 nəfər (0 subbakalavr)