Azedu.az

28 mindən çox abituriyent dövlət sifarişi əsasında təhsil alacaq

AzEdu Təhsil Platforması

24 Avqust 2026, 18:36
28 mindən çox abituriyent dövlət sifarişi əsasında təhsil alacaq

Abituriyentlər (həmçinin subbakalavrlar) müsabiqənin nəticələri haqqında məlumatı DİM-in internet saytından, həmçinin mobil operatorlar (Azercell, Bakcell, Nar) vasitəsilə “iş nömrəsi”ni və ya elektron ixtisas seçimi ərizəsindəki “7 rəqəmli kod”u 7727 nömrəsinə göndərməklə öyrənə bilərlər.

Bu barədə AzEdu.az-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qeyd olunub ki, ali təhsil müəssisələrinin müsabiqəsində 87146 nəfər iştirak edib.

Onlardan 58947  nəfəri (o cümlədən 4215 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub. 28108 (o cümlədən 1145 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 317 (o cümlədən 58 subbakalavr) nəfər dövlət hesablı əsasında, 30522 (o cümlədən 3012 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib.

Paşinyandan Rusiyaya şok sözlər - Millətləri bir-birinə qırdırıb!
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox