Azedu.az

Metro problemi təhsilə də təsir edəcək - “Distant sistemə keçid mümkündür”

AzEdu Təhsil Platforması

24 Avqust 2026, 13:37
Metro problemi təhsilə də təsir edəcək - “Distant sistemə keçid mümkündür”

Artıq bir müddətdir ki, "Nizami" və "28 May" stansiyaları arasında metronun hərəkəti dayanıb. Bu səbəbdən sosial mediada ən azından universitetlərin onlayn formatda keçirilməsi ilə bağlı müzakirələr aparılır.

Maraqlıdır, həqiqətənmi buna ehtiyac var? Nəzərə alaq ki, yaxın vaxtlarda məktəblər də açılacaq və nəqliyyatda tıxaclar pik həddə çatacaq. Bu isə tələbələr üçün ciddi çətinliklər yaradacaq.

AzEdu.az-a mövzu ilə bağlı açıqlama verən təhsil eksperti Ramin Nurəliyev qeyd edib ki, tələbələrin ən çox istifadə etdiyi nəqliyyat növü metro olduğu üçün onun bağlanması fonunda dərslərin müəyyən müddət distant formada təşkil olunması ən əlverişli çıxış yoludur:

Müəllimlərin maaşı yüksək olarsa, yeni sistem özünü doğruldacaq

"Metro stansiyalarının müəyyən müddətə təmir məqsədilə bağlanması tələbələrin, şagirdlərin, eləcə də orta və ali təhsil müəssisələrinə gedib-gələnlərin hərəkətində müəyyən çətinliklər yaradacaq. Çünki məlumdur ki, tələbələr ictimai nəqliyyat vasitələri arasında daha çox metrodan istifadə edirlər.

Stansiyaların bağlanması nəticəsində yollarda müəyyən sıxlıqlar meydana gələcək. Eyni zamanda, ölkədə keçirilən bəzi beynəlxalq tədbir və yarışlar da nəqliyyatın hərəkətinə müəyyən dərəcədə mənfi təsir göstərir. Bu vəziyyət istər-istəməz təhsilalanların dərsə vaxtında çata bilməməsinə, eləcə də avtobuslarda və ümumi nəqliyyat vasitələrində həddindən artıq sıxlığın yaranmasına gətirib çıxaracaq.

Bu kimi hallarda beynəlxalq təcrübədən faydalanmaq olar. Müvəqqəti xarakter daşıyan bu proses zamanı xarici ölkələrdə dərslər ya distant formaya keçirilir, ya da xüsusi nəqliyyat vasitələri ayrılaraq müntəzəm marşrutlar təşkil olunur. Lakin xüsusi nəqliyyat vasitələri ayrılsa belə, bu, yollardakı tıxacın daha da artmasına səbəb ola bilər. Eyni zamanda, işləyən vətəndaşların da iş yerlərinə vaxtında çatmasında problemlər yaranacaq.

Metro təmiri ilə bağlı yaranan bu fövqəladə vəziyyətdə də distant sistemə keçid tam mümkündür:

"Tələbələrin ən çox istifadə etdiyi nəqliyyat növü metro olduğu üçün onun bağlanması fonunda dərslərin müəyyən müddət distant formada təşkil olunması ən əlverişli çıxış yoludur. Bu addım tələbələrin dərsdən geri qalmaması, isti havalarda əlavə əziyyət çəkməməsi və tədris prosesinin ləngiməməsi baxımından vacibdir.

Artıq dünya təcrübəsində distant təhsildən geniş istifadə olunur. Azərbaycanda da bu formanın tətbiqi ali təhsil müəssisələrinə əlavə imkanlar qazandıra bilər. Hətta ölkəmizdə distant təhsilin rəsmiləşdirilməsi xaricdə oxumaq istəyən gənclərin öz ölkəmizdə bu xidmətdən yararlanmasına şərait yaradar.

Məlumdur ki, bəzi ucqar kəndlərdə müəllim çatışmazlığı olduqda distant dərslər tətbiq edilir. Deməli, metro təmiri ilə bağlı yaranan bu fövqəladə vəziyyətdə də distant sistemə keçid tam mümkündür. Pandemiya dövründə bu təcrübəni uğurla keçdiyimiz üçün prosesin ciddi bir problem yaratmayacağı qənaətindəyəm.

Yaranacaq sıxlığın qarşısını almaq üçün ən azı 1-2 ay müddətində Bakı şəhərinin mərkəzi ərazilərində yerləşən orta və ali təhsil müəssisələrində tədrisin distant formada təşkil olunması məqsədəuyğundur".

Rusiya İlham Əliyevə görə hərəkətə keçdi - Özbəkistana səfər...
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox