Azedu.az

İxtisas seçiminin nəticələri ilə bağlı DİM-dən AÇIQLAMA

AzEdu Təhsil Platforması

24 Avqust 2026, 11:25
İxtisas seçiminin nəticələri ilə bağlı DİM-dən AÇIQLAMA

Son günlər ali məktəbə qəbul olmaq üçün ixtisas seçimi edən abituriyentlərin ən çox gözlədiyi məqam müsabiqənin nəticələrinin açıqlanmasıdır. İxtisas seçimi avqustun 19-da başa çatdıqdan sonra minlərlə abituriyent nəticələrin nə vaxt elan olunacağını səbirsizliklə gözləyir. 

Sosial şəbəkələrdə və müxtəlif platformalarda nəticələrin məhz bu gün açıqlanacağı ilə bağlı iddialar da yayılıb.

Bəs ixtisas seçiminin nəticələri bu gün açıqlanacaqmı?

Dövlət İmtahan Mərkəzindən (DİM) AzEdu.az-ın sorğusuna cavab olaraq bildirilib ki,  yerləşdirmə prosesi başa çatdıqdan dərhal sonra nəticələr elan olunacaq.

Qeyd edək ki, bu il ümumilikdə 87 139 abituriyent ixtisas seçimində iştirak edib.

GƏRGİNLİK ARTDI! Türkiyə-İsrail müharbəsi...- Şok açıqlama
SORĞU
İxtisas seçimində ilk sıraya hansı universiteti yazmısınız?
Səs ver
Son xəbərlərDaha çox