https://www.zirve.edu.az/
27.01.2019 14:33
Xaricdə təhsil alan azərbaycanlılar həftəsonlarını necə dəyərləndirirlər? 

Həftə sonu, rahat vaxt keçirə biləcəyimiz  zaman kəsimidir. Xarici ölkələrdə "weekend" adlanan həftə sonlarında istirahət etmək vətəndaşların əsas haqqı kimi tanınır.

AzEdu.az xaricdə təhsil alan azərbaycanlılardan həftə sonlarını necə dəyərləndirdiklərini öyrənib:

İtaliyanın LaSapienza Universitetində təhsil alan Abdulla Həsənli:

“İtaliyada həftə sonu əksər yerlər bağlı olduğundan, cümə və şənbə günləri dostlarımla  daha çox birlikdə vaxt keçiririk.  Cümə günləri dostlarımızla şəhərin kafe və ya restoranlarının birinə gedərək   söhbətləşirik. Şənbə günləri isə vaxt olduğu zaman Romaya yaxın tarixi mərkəzlərə getməyə çalışırıq. Hansı ki, keçən ay Papanın yay düşərgəsi olan Gandolfo qalasına getmişdik. Şəhərdən aralı olsa da qatarla qısa müddətdə çatmaq mümkündür. Qeyd etdiyim kimi, bazar günləri əksər yerlər bağlı olur və ya saat 12:00-13:00-a kimi işləyir. Bazar günləri  adətən səhərlər market alış verişimi edib, bütün günü evdə keçirərək növbəti həftəyə hazırlaşıram”.

 Polşanın Lodz Universitetinin tələbəsi Faiq Qasımlı:

“Həftə sonunu daha çox  əcnəbi tələbə yoldaşlarımla “pub”da, restoranlarda vaxt keçirirəm. Onu da qeyd edim ki, Polşanın digər şəhərlərinə getmək istəyən tələbələr üçün 50% endirimlər olur”.

Cənubi Koreyanın KAİST Universitetinin tələbəsi Ceyhun Zəkəryəyev:

“Cənubi Koreyada həftə sonlarını daha çox  dərs oxumaqla vaxt keçirirəm. Bəzi zamanlarda isə azərbaycanlı tələbə dostlarımla restorana gedərək onlarla söhbətləşərik. Azərbaycanda olduğum müddətdə isə həftə sonlarında sinif yoldaşlarım eləcə də müəllimlərimlə  görüşürəm”.

İtaliyanın Boloniya Universitetinin  tələbəsi İsgəndər Cəfərzadə:

“Həftə sonu bütün günü evdə yatıram. Bazar günlərini daha çox yatmaqla vaxt keçirdiyim üçün başqa heç bir şey etmirəm”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları