https://www.zirve.edu.az/
27.01.2019 09:58
Uşaqların bədən dilini inkişaf etdirəcək OYUN – Müəllimlər üçün faydalı

Oyunlar uşaqların psixoloji inkişafında əsaslı yer tutur.

Onlar oyun vasitəsilə bir-birləri ilə ünsiyyətə girir, yeni dostlar qazanırlar. Həmçinin, başqalarına hörmət etmək, səbirli davranmaq, liderlik və s. bu kimi xüsusiyyətləri də əldə edirlər. Oyun fiziki, sosial, psixoloji və emosional tərəfdən uşağa təsir edir və inkişaf etməsində böyük rol oynayır.

Eyni zamanda, oyunun köməyi ilə uşaqlarda diqqət, qavrayış, hafizə, təfəkkür və təxəyyülün inkişafı üçün əlverişli şərait yaranır. Bəzi oyunlar isə sırf uşaqların zehni inkişafını təmin edir.

AzEdu.az maraqlı oyunlardan birini nəzərinizə çatdırır:

Təqlidetmə oyunu

Uyğun yaş dövrü: 4 yaş və daha yuxarı.

İştirakçı sayı: 2 nəfərdən çox

Oynamaq üçün lazım olan vəsaitlər: heç bir vəsait lazım deyil.

Oyun necə oynanılır?

Hər bir uşaqdan hansısa bir yerişi təqlid etməyi istəyin. Əgər, uşaq bu tapşırığı uğurla yerinə yetirsə, , digər dostlarına onu mütləq ilə alqışlatdırın. Bu, uşaqda növbəti dəfələrdə daha uğurlu olmaq üçün həvəs yaradacaq.

Uşaqların inkişafı üçün onlardan aşağıdakı tip yeriməyi istəyə bilərsiz.

Nümunə:
Yaşlı insan yerişi: bel bükülür, baş önə əyilir, əlində əsa varmış kimi yeriyir.

Fikirli adam yerişi: qeyri-sabit gediş, yalnızca irəli addım ataraq ətrafa baxmır, yalnız bir nöqtəyə nəzər yetirir.

Cücə yerişi: Dizlər bükülür, başı çiyinlər arasına sıxılır, qollar dirsəkdən bükülərək əllər aşağıya doğru sallanır.

Robot yerişi: Bədən gərgin olmalıdır, addım atarkən dizlər və qollar bükülməməlidir.

Div yerişi: Qollar yuxarı qaldırılır, barmaqların ucunda bədəni yuxarı qaldıraraq kobud şəkildə yeriyir.

Nəticə: Bədən dilindən və artistizmdən istifadəni inkişaf etdirir.