Azedu.az

27 nəfər məmur olmaq arzusunu reallaşdırdı 

26 Yanvar 2019, 13:40
27 nəfər məmur olmaq arzusunu reallaşdırdı 

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən ötən il noyabrın 27-də elan olunmuş 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun vəzifələrin A və B növü üzrə ümumi müsahibə davam edir.

DİM-dən AzEdu.az-a bildiriblər ki, müsahibədə iştirak üçün 200 nəfər müraciət edib. Yanvarın 26-na olan məlumata görə, müsahibədə iştirak edənlərdən 27-si vəzifəyə uyğun bilinib. Onlardan 23-ü Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində, 4-ü isə Dövlət Turizm Agentliyində işləyəcək.

Müsahibə yanvarın 31-də yekunlaşacaq.

Qeyd edək ki, müsahibəyə mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 65 vakant vəzifə çıxarılıb.

Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə
Son xəbərlərDaha çox