Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-01-25 21:01:00
AMEA Yüksək Texnologiyalar Parkı yenilənir

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Strateji Elmi Analitik Sınaq Mərkəzi milli akkreditasıyadan keçib. Bu akkreditasiya ilə qaz və maye neft qazlarının, neft və neft-kimya məhsullarının və istehlak mallarında toksik elementlərin sınağının həyata keçirilməsi nəzərdə tutulub. Akademiyadan AzEdu.az-a verilən məlumata görə, AMEA Yüksək Texnologiyalar Parkının (YT Park) strukturu akkreditasiya tələblərinə uyğun formalaşdırılıb. Bununla bağlı AMEA Rəyasət Heyətinin qərarı ilə YT Parkın yeni strukturu təsdiqlənib. Yeni struktur bu günün müasir tələblərinə cavab verir, optimaldır və çevikdir.

 

Məlumata görə, bununla bağlı Azərbaycan Akkreditasiya Mərkəzinin baş direktoru Namiq Əliyev YT Parkda fəaliyyət göstərən AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinə baxış keçirib.

 

Görüşdə YT Parkın strateji inkişaf üzrə direktor müavini, hüquq üzrə fəlsəfə doktoru Məmməd Bağırzadə, AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin müdiri, kimya üzrə fəlsəfə doktoru Arzu Əlizadə, laboratoriyanın müdir müavini Kamal Yusifov və laboratoriya əməkdaşları iştirak ediblər.

 

AMEA Strateji Elmi Analitik Sınaq Mərkəzinin fəaliyyəti və iş şəraiti Azərbaycan Akkreditasiya Mərkəzinin rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib.