Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən 6 şagird Respublika Fənn Olimpiadalarında qalib olub.
Bu barədə AzEdu.az-a Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyindən məlumat verilib.
Belə ki, Babək rayon Hacıvar kənd tam orta məktəbinin şagirdi Əzim Hacıyev olimpiadanın final mərhələsində informatika fənni üzrə qızıl medal qazanıb. Naxçıvan şəhər 15 nömrəli tam orta məktəbin şagirdi Kənan Qənbərov isə coğrafiya fənni üzrə gümüş medala layiq görülüb.
Ordubad şəhər tam orta internat məktəbinin şagirdi Nazim İsgəndərov tarix fənni üzrə, Naxçıvan Qızlar Liseyinin şagirdləri Nazəni Qasımzadə və İradə Axundlu biologiya fənni üzrə, Naxçıvan Qarnizonu tam orta məktəbinin şagirdi Yaşar Hüseynov isə tarix fənni üzrə bürünc medal qazanıblar.
Qeyd edək ki, Respublika Fənn Olimpiadalarında əldə olunan bu nəticə ötən illə müqayisədə 100 faiz artım deməkdir. Belə ki, 2024–2025-ci tədris ilində şagirdlərimiz 1 gümüş və 2 bürünc medal qazanıb