Azərbaycan Dövlət Neft və Sənaye Universiteti (ADNSU) ilə “Azərbaycan Hava Yolları” QSC (AZAL) arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi məqsədilə görüş keçirilib.
AzEdu.az xəbər verir ki, görüşdə tərəflər arasında mövcud əməkdaşlıq imkanları və gələcək perspektivlər ətrafında geniş müzakirələr aparılıb.
Görüşdə qeyd olunub ki, ADNSU-nun əsas strateji hədəflərindən biri əmək bazarının tələblərinə uyğun, yüksək ixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasına töhfə verməkdir. Bu baxımdan, AZAL ilə əməkdaşlığın dərinləşdirilməsi tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, onların real sənaye mühitinə daha yaxından inteqrasiyası baxımından mühüm əhəmiyyət daşıyır.
Sonda tərəflər əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsi, birgə layihələrin və təcrübə proqramlarının həyata keçirilməsi istiqamətində razılığa gəliblər.