Bakı Mühəndislik Universitetinin (BMU) Tələbə Həmkarlar İttifaqı Komitəsi nəzdində fəaliyyət göstərən “Prometey” İntellektual Klubunun “Heisenberg” komandası uğura imza atıb. Komanda Fövqəladə Hallar Nazirliyinin Sumqayıt Regional Mərkəzi tərəfindən Ümummilli Lider Heydər Əliyevin 103-cü ildönümünə həsr olunmuş “Xəmsə” intellektual oyununda uğurla çıxış edərək II yerə layiq görülüb.
BMU-dan AzEdu.az-a bildirilib ki, ali təhsil müəssisələrinin komandalarının iştirak etdiyi yarışda “Heisenberg” üzvləri bilik səviyyəsi, çevik düşünmə və analitik yanaşma bacarıqlarını yüksək səviyyədə nümayiş etdiriblər.
Yarışın keçirilməsində əsas məqsəd gənclər arasında intellektual biliklərin təşviqi, onların dünyagörüşünün genişləndirilməsi və sağlam rəqabət mühitinin formalaşdırılması olub.
Qeyd edək ki, BMU-nun “Prometey” İntellektual Klubu tələbələrin intellektual inkişafına yönəlmiş fəaliyyəti ilə seçilir. Klub mütəmadi olaraq müxtəlif bilik yarışları və layihələr təşkil edir, tələbələrin potensialının üzə çıxarılmasına və onların respublika səviyyəli yarışlarda iştirakına şərait yaradır.