Azedu.az

Dövlət İmtahan Mərkəzində vakansiya var

Dövlət İmtahan Mərkəzi

1 May 2026, 14:50
Dövlət İmtahan Mərkəzində vakansiya var

Dövlət İmtahan Mərkəzi (DİM)E-imtahanlar və müsahibələrin təşkili departamentində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edir.

AzEdu.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin E-imtahanlar və müsahibələrin təşkili departamenti, Elektron imtahan, yoxlama və müsahibələrin texnoloji təminatı şöbəsində məsləhətçi vəzifəsi üzrə vakansiya elan edilir.

Əmək funksiyaları

  • Verilmiş tapşırıqlara əsasən proqram kodlarının yazılması və sınaqdan keçirilməsi (C#, JS modulları);
  • Test zallarının İKT avadanlıqlarının gündəlik yoxlanılması və kiçik nasazlıqların aradan qaldırılması;
  • Elektron imtahan sistemində istifadəçi müraciətlərinin emalı və "log"ların izlənməsi;
  • Məlumat bazalarında sadə SQL sorğularının icrası və data yoxlanılması;
  • Daxili proqram təminatlarının sınaq mərhələsində iştirak etmək;
  • Rəqəmsal hesabatların hazırlanmasına dəstək göstərmək;
  • Mərkəzin keçirdiyi imtahan, müsahibə və tədbirlərdə iştirak etmək (zal nəzarətçisi, imtahan rəhbəri, Mərkəzin nümayəndəsi qismində və s.);
  • Rəhbərlik və şöbə müdiri tərəfindən verilmiş tapşırıqları icra etmək.

Tələb olunan bilik və bacarıqlar

  • Ali təhsil: Təbiət və texniki ixtisas qrupları üzrə;
  • Staj tələb olunmur (müvafiq sahədə təcrübə arzuolunandır);
  • MS Visual Studio.Net,C#,  MS SQL Server, MySQL (yaxşı səviyyədə);
  • Azərbaycan dili-yüksək səviyyə, ingilis dili və rus dili minimum B1;
  • Detallara diqqət, məsuliyyətlilik, vaxtın effektiv idarə edilməsi, komanda ilə işləmə bacarığı, güclü ünsiyyət, intizamlılıq, nəticəyönümlülük və stresin idarə edilməsi.

Müraciət qaydası

Namizədlər 15 may 2026-cı il tarixinədək //portal.dim.gov.az/HR/ linkinə daxil olaraq “elektron imtahan-məsləhətçi” vakansiyasını seçib elektron müraciət formasını doldurmalı və göndərməlidirlər.

Rusiyadan Azərbaycan bayrağına görə QOVULDU - ŞOK QƏRAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox