“Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi uğurla davam edir.
AzEdu.az xəbər verir ki, davamlılığı təmin etmək məqsədilə məktəb müəllimləri təlimlərə cəlb edilib, onların layihə çərçivəsində əldə olunan bilik və bacarıqları gələcəkdə də şagirdlərlə davamlı şəkildə tətbiq etmələri üçün metodiki və praktik dəstək göstərilir.
Həmçinin şagirdlərin öz biznes ideyalarının hazırlanması, müdafiəsi və çap edilməsi üçün əməkdaşlıq etdiyimiz ekspertlərin dəstəyi ilə iştirakçıların hazırladıqları biznes ideyalarının təhlili aparılır, rəylər və tövsiyələr əsasında zəruri düzəlişlər edilir. Müsbət rəy almış və maraq doğuran ideyalar toplanılaraq, müəllifləri və ekspert rəyləri ilə birlikdə kitabça şəklində hazırlanaraq çap ediləcəkdir.
Xatırladırıq ki, “Şagirdlərin Maliyyə Mühəndisliyi” qrant layihəsi Günay Qasımova tərəfindən Goranboy rayonunun Dəliməmmədli şəhər M. Zeynalov adına tam orta məktəbi, H. Cəfərov adına Quşçular kənd tam orta məktəbi, Faxralı kənd Teymur Sadıqov adına tam orta məktəbi və Sarovlu kənd ümumi orta məktəbində həyata keçirilir.