Azedu.az

Arılar saymağı bacarır - yeni araşdırma təsdiqlədi

Xəbərlər

28 Aprel 2026, 14:05
Arılar saymağı bacarır - yeni araşdırma təsdiqlədi

Elmi ictimaiyyətdə uzun illərdir müzakirə olunan “arılar rəqəm sayma qabiliyyətinə malikdir, yoxsa yalnız vizual naxışları ayırd edir?” sualı yeni tədqiqatla yenidən gündəmə gəlib.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmanın nəticələri "Proceedings of the Royal Society B" jurnalında dərc olunub.

İtaliyadakı Trento Universiteti və Avstraliyadakı Monash Universitetinin alimlərinin apardığı araşdırma arıların sadəcə görüntü fərqlərinə deyil, birbaşa say anlayışına reaksiya verə bildiyini ortaya qoyub.

Əvvəlki təcrübələrdə arılara müxtəlif rəqəmlər simvollarla öyrədilib və sonra fərqli sayda fiqurlar olan kartlar təqdim olunub. Arılar bu testlərdə 75-80% uğur göstərsə də, bəzi alimlər nəticələrin sayma qabiliyyətindən deyil, görüntülərin “daha dolu” və ya “daha mürəkkəb” görünməsindən qaynaqlandığını iddia ediblər.

Yeni tədqiqatda isə alimlər həmin görüntüləri arıların görmə imkanlarını nəzərə alan xüsusi model ilə yenidən analiz ediblər. Nəticələr göstərib ki, obyekt sayı artdıqca görüntünün arı üçün daha mürəkkəb görünməsi mütləq deyil. Bu isə arıların vizual aldatmadan çox, say miqdarını ayırd etdiyini göstərir.

Rusiyada güclü partlayışlar - Bu şəhərlərə kütləvi HÜCUM BAŞLADI!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox