Azedu.az

MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib

Xəbərlər

28 Aprel 2026, 12:39
MÜTDA 3100-dən çox məktəbdə monitorinqlər keçirib

Agentlik tərəfindən şagird sağlamlığı və təhlükəsizliyi istiqamətində müəssisələrə göndərilən təlimatların icra vəziyyətinin qiymətləndirilməsi məqsədilə regional təhsil idarələri tərəfindən cari ilin ilk iki ayı ərzində 3100-dən çox məktəbdə monitorinqlər həyata keçirilib.

AzEdu.az xəbər verir ki, bu sözləri Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov jurnalistlər üçün keçirilən brifinqdə çıxışı zamanı qeyd edib.

"Monitorinqlərdə sanitar-gigiyenik vəziyyət, şagirdlərin maarifləndirilməsi istiqamətində aparılan tədbirlər, sosial-psixoloji xidmətlərin vəziyyəti, məktəblərin infrastruktur vəziyyəti, bullinq əleyhinə tədbirlərin keçirilməsi  və s. məsələlər nəzərdən keçirilib".

Rusiyada güclü partlayışlar - Bu şəhərlərə kütləvi HÜCUM BAŞLADI!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox