Azedu.az

Azərbaycanlı şagird dünya birincisi oldu

Xəbərlər

28 Aprel 2026, 13:42
Azərbaycanlı şagird dünya birincisi oldu

Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin şagirdi Nəsib Yusifov böyük uğura imza atıb.

AzEdu.az xəbər verir ki, 2026 TR-YÖS/1 imtahanının nəticələrinə əsasən, dünya üzrə 7 765 nəfərin iştirak etdiyi imtahanda Bakı Türk Liseyinin 11-ci sinif şagirdi Nəsib Yusifov 500 tam bal toplayaraq dünya birincisi olub.

Nəsib Yusifovun adı rəqabətli beynəlxalq imtahanda maksimum nəticə göstərən şagird kimi Bakı Türk Liseyinin tarixinə yazılıb.

Bakı Türk Liseyinin bu günə qədər 12 şagirdi 2023-cü ildən etibarən keçirilən TR-YÖS imtahanlarında 500 tam bal toplayaraq dünya birincisi olub.

Rusiyada güclü partlayışlar - Bu şəhərlərə kütləvi HÜCUM BAŞLADI!
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox