Salyan məktəbliləri Türkiyənin İstanbul şəhərində şotokan karate üzrə keçirilən 16-cı dünya çempionatında uğurlu çıxış ediblər.
AzEdu.az xəbər verir ki, çempionatda beynəlxalq dərəcəli hakim, V dan qara kəmər sahibi, təcrübəli məşqçi-müəllim Seymur Məmmədovun rəhbərliyi ilə çıxış edən Salyan karateçilərindən Elmir Xəlilov 16–17 yaş kateqoriyasında 68 kq çəki dərəcəsində I yerə layiq görülüb. Nahid Amanov isə gənclər arasında II yerin sahibi olub.
Hər iki idmançı Salyan rayonu, Cəlal Məmmədov adına Qaraçala qəsəbə tam orta ümumtəhsil məktəbinin XI sinif şagirdidir.