Atlantadan Portlendə uçan "Delta Air Lines" təyyarəsində enişə dəqiqələr qalmış gözlənilməz hadisə yaşanıb.
AzEdu.az xəbər verir ki, bir sərnişin göyərtədə qız uşağı dünyaya gətirib.
“Boeing 737” tipli təyyarədə baş verən doğuş zamanı iki təcili tibbi yardım işçisi dərhal müdaxilə edib. Tibbi avadanlıq olmadığı üçün vəziyyət improvizə üsullarla idarə olunub, hətta göbək bağının bağlanmasında ayaqqabı bağından istifadə edilib.
Təyyarə Portlend hava limanına endikdən sonra ana və körpə dərhal xəstəxanaya yerləşdirilib. Hər ikisinin vəziyyətinin yaxşı olduğu bildirilir.