Azedu.az

Tələbə dünya çempionatında uğur qazanıb

AzEdu Təhsil Platforması

27 Aprel 2026, 10:56
Tələbə dünya çempionatında uğur qazanıb

Naxçıvan Dövlət Universitetinin tələbəsi Qafar Hüseynov beynəlxalq idman arenasında növbəti uğuruna imza atıb.

AzEdu.az xəbər verir ki, universitetdən verilən məlumata görə, 24–26 aprel tarixlərində İstanbul şəhərində keçirilən “16th Shotokan World Championship” yarışında iştirak edən idmançımız yüksək nəticə göstərib. Qafar Hüseynov “Senior Male Shobu Ippon Kumite (75 kq)” və “Senior Male Shobu Nihon Kumite (75 kq)” kateqoriyalarında mübarizə apararaq hər iki növdə II yerə layiq görülüb.

Rəsmi nəticələrə əsasən, Qafar Hüseynov “Shobu Nihon Kumite” üzrə finala qədər irəliləyib. İdmançımız yalnız həlledici mərhələdə Qırğızıstan təmsilçisinə məğlub olaraq gümüş medal qazanıb.

Ukrayna Rusiyaya qarşı görünməmiş əməliyyata başladı - ŞOK DETALLAR
Son xəbərlərDaha çox