Azedu.az

İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər

Xəbərlər

26 Aprel 2026, 17:57
İmtahandan qayıdan şagirdlər qəzaya düşdülər

Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az "Report"a istinadən xəbər verir ki, qəza rayonun Zopun kəndi ərazisində qeydə alınıb.

Belə ki, iki minik avtomobilinin toqquşması nəticəsində bir neçə nəfər yaralanıb.

Yaralılar rayon xəstəxanasına çatdırılıblar və hazırda onlara tibbi yardım göstərilir.

Məlumata görə, avtomobillərdən birində bu gün keçirilən 9-cu siniflərin buraxılış imtahanından qayıdan şagirdlər olub.

Faktla bağlı araşdırma aparılır.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox