Azedu.az

Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Xəbərlər

26 Aprel 2026, 11:58
Dağlıq ərazilərə qar yağıb - FAKTİKİ HAVA

Aprelin 26-sı saat 11:00-a olan məlumata əsasən bəzi yerlərdə arabir yağış, Daşkəsən və Gədəbəy rayonunun yüksək dağlıq ərazilərinə isə qar yağıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, düşən yağıntının miqdarı Quba, Göygöl, Gədəbəydə 5, Qusar 3, Daşkəsən 2, Xaçmaz, Gəncə, Naftalan, Şabran Astara, Yardımlı, Astara, Lənkəran, Lerikdə 1 mm-dir.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti Göyçayda 26, Ağdam, Naftalanda 24, Tərtər, İsmayıllıda 22, Oğuzda 21 Neftçala, Qəbələ, Bərdədə 20, Bakıda və Abşeron yarımadasında, Zaqatala, Balakən, Şəki, Zərdab, Daşkəsəndə 18, Sabirabadda 17, Mingəçevir, Qobustan, Biləsuvarda 16, Culfada 15 m/s-yə çatıb.

Gəncə, Şəmkir, Altıağac, Qusar, Lerikdə duman müşahidə olunur. Görünüş məsafəsi 500 m-dək məhdudlaşır.

TƏCİLİ! Ölkədə kütləvi həbslər BAŞLADI: Bu məmurlar SAXLANILDILAR
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox