Aprelin 25-də Günəşdə iki M sinifli güclü partlayış baş verib.
AzEdu.az xəbər verir ki, bu barədə TASS-a Rusiyanın Tətbiqi Geofizika İnstitutundan bildiriblər.
Birinci partlayış Moskva vaxtı ilə 10:59-da (Bakı vaxtı ilə 11:59) 4423-cü günəş ləkələri qrupunda qeydə alınıb və 7 dəqiqə davam edib. İkinci partlayış isə 17:30-da (Bakı vaxtı ilə 18:30) 4424-cü qrupda baş verib və 10 dəqiqə çəkib.
Qeyd edək ki, Günəş partlayışları gücünə görə A, B, C, M və X siniflərinə bölünür. Bu hadisələr bəzən Günəş plazmasının uzağa atılması ilə müşayiət olunur və həmin buludlar Yerə çatdıqda maqnit qasırğalarına səbəb ola bilər.