Azedu.az

Günəşdə son iki ay yarımın ən böyük partlayışı olub

Xəbərlər

24 Aprel 2026, 11:49
Günəşdə son iki ay yarımın ən böyük partlayışı olub

Günəş səthində son iki ay yarımda ən güclü hesab edilən X2.5 dərəcəli partlayış müşahidə olunub.

AzEdu.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından məlumat verilib.

Nəşrin məlumatına əsasən, sonuncu dəfə X4.2 səviyyəli daha böyük təbiət hadisəsi fevralın 4-də qeydə alınıb.

Alimlərin sözlərinə görə, gecə saatlarında baş verən partlayış böyük plazma tullantısı ilə müşayiət olunub, lakin hazırda onun mərkəzi ulduzun kənarına doğru yerini dəyişib.

Onların fikrincə, mütəxəssislər hələlik fəallığın azalması əlamətlərini görmürlər, lakin bu atılmanın Yer kürəsinə təsir ehtimalı minimum səviyyədədir.

"İstənilən halda, bu cür vəziyyətdə frontal zərbələrin olması istisna edilir", - deyə laboratoriyadan əlavə ediblər.

Ermənistanda ARA QARIŞDI - Türkiyə bayrağı yandırıldı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox