Azedu.az

Çin Ayda iki yeni mineral kəşf etdi

Xəbərlər

24 Aprel 2026, 12:10
Çin Ayda iki yeni mineral kəşf etdi

Çinli alimlər Ay’dan gətirilən nümunələrdə əvvəllər elmə məlum olmayan iki yeni mineral aşkar ediblər.

AzEdu.az “Global Times”-ə istinadən xəbər verir ki, kəşf Siçuan əyalətinin Çendu şəhərində keçirilən 11-ci Çin Kosmos Günü açılış mərasimində ictimaiyyətə açıqlanıb.

“Chang’e-5” kosmik aparatı tərəfindən Ay səthindən toplanan qaya və torpaq nümunələrində tapılan fosfat tərkibli minerallara “magneziyoçangızit-(Y)” və “çangızit-(Ce)” adları verilib. Bu minerallar nadir torpaq fosfatları kateqoriyasına aiddir və Beynəlxalq Minerologiya Birliyinin Yeni Minerallar, Terminlər və Təsnifat Komissiyası tərəfindən rəsmi olaraq təsdiqlənib.

Mütəxəssislərin bildirdiyinə görə, bu kəşf Çinin Ay nümunələrində qeydə aldığı ikinci və üçüncü yeni mineral tapıntısıdır. Daha əvvəl, 2022-ci ilin sentyabrında “çangızit-(Y)” adlı başqa bir mineral da müəyyən edilmişdi.

Yeni tapıntılarla birlikdə indiyədək Ayda aşkarlanan mineral sayı 8-ə yüksəlib. ABŞ və Rusiya isə bundan əvvəl Ay səthindən gətirilən nümunələr vasitəsilə mineral tədqiqatlarına öncülük etmiş ölkələr arasında yer alır.

Ermənistanda ARA QARIŞDI - Türkiyə bayrağı yandırıldı
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox