Azedu.az

Uşaqlar üçün xüsusi SIM kart sistemi hazırlanır

Xəbərlər

19 Aprel 2026, 12:21
Uşaqlar üçün xüsusi SIM kart sistemi hazırlanır

Türkiyə uşaqların rəqəmsal mühitdə təhlükəsizliyini artırmaq məqsədilə yeni tənzimləmə paketi üzərində işləyir.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, hazırlanan layihənin əsas istiqamətlərindən biri uşaqlar üçün xüsusi “SIM kart” (çocuk hattı) sisteminin tətbiqidir. 

Bu sistem çərçivəsində 18 yaşdan kiçik istifadəçilər üçün ayrıca mobil xətlər yaradılacaq və həmin xətlər valideyn nəzarətinə bağlı olacaq. 

Valideynlər uşaqların internet istifadəsini izləyə, müəyyən tətbiq və saytlara girişi məhdudlaşdıra biləcəklər.

Layihədə nəzərdə tutulan əsas yeniliklərdən biri də şiddət və aqressiya tərkibli mobil oyunların bloklanmasıdır. 

Bununla yanaşı, uşaqların zərərli və yaşa uyğun olmayan internet resurslarına çıxışının məhdudlaşdırılması, sosial şəbəkə və digər platformalarda təhlükəsizlik filtrinin gücləndirilməsi planlaşdırılır.

Eyni zamanda, məhdudiyyətlərin aşılması üçün istifadə edilən VPN xidmətlərinə nəzarətin artırılması da gündəmdədir.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox