Azedu.az

Ötən illə müqayisədə böyük eniş: 300 bal toplayanlar niyə azaldı?

Buraxılış imtahanları

18 Aprel 2026, 09:14
Ötən illə müqayisədə böyük eniş: 300 bal toplayanlar niyə azaldı?

9 mart tarixində keçirilən buraxılış imtahanının nəticələri açıqlanıb. Ötən il imtahanın birinci mərhələsində 23 nəfər 300 bal topladığı halda, bu il cəmi 3 nəfər maksimum nəticə əldə edib.

Maraqlıdır, bu 20 nəfərlik fərq imtahanın ötən illə müqayisədə daha çətin olduğunu deməyə əsas verirmi?

AzEdu.az-a mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Elçin Əfəndiyev (Əfəndi) danışıb.

O qeyd edib ki, imtahanda 58 mindən çox iştirakçı olub və bu qədər abituriyent arasında cəmi iki nəfərin maksimum nəticə əldə etməsi ümumi mənzərədə sualların çətin olduğunu düşünməyə müəyyən əsas verir:

“Qeyd etdiyiniz kimi, ötən illə müqayisədə yüksək bal toplayan abituriyentlərin sayı daha çox idi. Bu il isə məlum olduğu kimi, iki nəfər maksimum nəticə əldə edib. Bundan əlavə, ingilis dili üzrə imtahan verən bir abituriyent iki fəndən - xarici dil və riyaziyyatdan maksimum nəticə göstərib. Həmin abituriyent may ayında Azərbaycan dili üzrə ayrıca imtahan verəcək. Əgər o imtahandan da maksimal nəticə əldə etsə, ümumilikdə üç nəfər maksimum nəticə göstərmiş hesab oluna bilər. Lakin hazırda maksimum nəticə əldə edən iki abituriyent var.

İki nəfərin maksimum nəticə göstərməsi imtahan suallarının çətin olub-olmaması məsələsinə gəldikdə isə qeyd edim ki, imtahanda 58 mindən çox iştirakçı olub və bu qədər abituriyent arasında cəmi iki nəfərin maksimum nəticə əldə etməsi, əlbəttə, ümumi mənzərədə sualların çətin olduğunu düşünməyə müəyyən əsas verir. Say baxımından da bu göstərici 58 min iştirakçı ilə müqayisədə olduqca az görünür”.

Median göstəricilər tam müəyyənləşdirildikdən sonra imtahanın çətin olub-olmaması barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq:

“Bununla belə, imtahan nəticələrinin ötən illə müqayisədə daha aşağı olduğunu hələ ki demək mümkün deyil. Çünki bu barədə dəqiq fikir söyləmək üçün təhlillər aparılmalı və median göstərici müəyyənləşdirilməlidir. Yalnız bundan sonra bu ilin nəticələrinin ötən illə müqayisədə yüksək, eyni və ya aşağı olduğu aydınlaşacaq. Əgər median göstərici ötən illə müqayisədə aşağı olarsa, bu zaman imtahan suallarının daha çətin olduğunu dəqiq şəkildə demək mümkün olacaq.

Fikrimi belə əsaslandıra bilərəm: ümumi nəticəni yalnız iki nəfərin göstəricisi ilə ölçmək düzgün deyil. Məsələn, əgər 58 min iştirakçıdan təxminən 15 min nəfər 200 baldan, 20 min nəfər isə 250 baldan yüksək nəticə əldə edibsə, bu, imtahan nəticələrinin ümumilikdə yaxşı olduğunu göstərir. Əksinə, əgər iştirakçıların 50 faizindən çoxu 200 bal belə toplaya bilməyibsə, bu, imtahanın çətin olduğunu deməyə əsas verir.

Bu səbəbdən, qeyd etdiyim kimi, median göstəricilər tam müəyyənləşdirildikdən sonra imtahanın çətin olub-olmaması barədə daha dəqiq nəticə çıxarmaq mümkün olacaq. Hazırda isə yalnız iki nəfərin nəticəsinə əsaslanaraq belə bir qərar vermək mümkün deyil”.

Ölkə bu xəbərlə SİLKƏLƏNİR: Baş nazirin GİZLİ MİLYONLARI ifşa edildi
Son xəbərlərDaha çox