Şəmkirdə məktəbdə baş verən yanğın dərs vaxtı olub.
AzEdu.az xəbər verir ki, yanğın məktəbin informatika otağında baş verib.
Hadisə zamanı şagirdlər məktəb rəhbərliyi tərəfindən təxliyə edilib.
10:00
Şəmkirdə yanğın hadisəsi baş verib.
AzEdu.az xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.
Belə ki, rayonda yerləşən Nəriman Nərimanov adına 2 mərtəbəli, ümumi sahəsi 900 kvadratmetr olan məktəbdə yanğın başlayıb. Dərhal hadisə yerinə FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin Şəmkir Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşınınları və canlı qüvvəsi cəlb edilib. Yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində məktəbin kompüter otağında 30-a yaxın kompüterin 7 ədədi yanıb.
Qeyd edək ki, yanğın zamanı xəsarət alan olmayıb. Araşdırma aparılır.
(APA)