Azedu.az

Məktəbdəki dəhşətli hadisələrin ortaq nöqtəsi: “PUBG” oyunçuları

Xəbərlər

16 Aprel 2026, 09:34
Məktəbdəki dəhşətli hadisələrin ortaq nöqtəsi: “PUBG” oyunçuları

Türkiyədə Şanlıurfa və Kahramanmaraşda baş verən məktəb hadisələrindən sonra hücum edən şəxslərlə bağlı ortaya çıxan “PUBG” detalı geniş müzakirələrə səbəb olub.

AzEdu.az-ın Türkiyə mediasından əldə etdiyi məlumata görə, hər iki hadisəni törədən şəxslərin uzun müddət “PUBG” oyunu oynadığı bildirilir.

Bu fakt şiddət məzmunlu onlayn oyunların gənclər üzərində təsiri məsələsini yenidən gündəmə gətirib.

Qeyd olunur ki, bir çox ölkədə 16+ və 17+ yaş məhdudiyyəti ilə təqdim olunan bu oyunun azyaşlılar tərəfindən nəzarətsiz şəkildə oynanması riskli hesab edilir. Oyunun əsasən döyüş və qarşıdurma üzərində qurulması, xüsusilə kiçik yaş qrupları üçün narahatlıq doğuran məqam kimi qiymətləndirilir.

Hadisələrdən sonra mütəxəssislər uşaqların rəqəmsal məzmuna çıxışına nəzarətin gücləndirilməsinin vacibliyini vurğulayıblar. Onların fikrincə, yaş məhdudiyyətlərinin effektiv tətbiqi və valideyn nəzarəti bu kimi risklərin azaldılmasında mühüm rol oynaya bilər.

Mütəxəssislər hesab edir ki, bəzi gənclər rəqəmsal mühitin təsiri ilə özünü təsdiq etmək və diqqət çəkmək məqsədilə bu cür addımlar ata bilər.

Ümumilikdə isə bildirilir ki, məsələyə yalnız oyun prizmasından yanaşmaq kifayət deyil və gənclərin sosial mühiti, ailə münasibətləri və psixoloji vəziyyəti də nəzərə alınmalıdır.

Türkiyədə şok yaşanır - Silahlar işə düşdü
Son xəbərlərDaha çox