Alimlər müəyyən ediblər ki, kaşalotların ünsiyyət sistemi insan nitqini xatırladan struktur xüsusiyyətlərə malikdir.
AzEdu.az xəbər verir ki, bu barədə "The Guardian" nəşri yazır.
Araşdırma göstərib ki, bu heyvanların çıxardığı səslərdə saitlərə bənzər elementlər və özünəməxsus "əlifba" mövcuddur. Tədqiqat CETI layihəsi çərçivəsində Dominikan Respublikası sahillərində aparılıb.
Məlumata görə, kaşalotlar ünsiyyət üçün qısa "klik" siqnallarından istifadə edir və səslərin uzunluğu ilə tonunu dəyişərək fərqli məna ifadə edə bilirlər. Bu xüsusiyyətlər bəzi insan dillərində də müşahidə olunur.
Alimlər qeyd edirlər ki, bu kəşf kaşalotların mürəkkəb sosial və kommunikativ davranışlara malik olduğunu göstərir. Gələcəkdə tədqiqatçılar onların səslərinin daha geniş şəkildə deşifrə olunmasına çalışacaqlar.