ABŞ-də məktəb direktoru silahlı şəxsi zərərsizləşdirərək şagirdləri xilas edib.
AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-nin Oklahoma ştatında orta məktəblərdən birində baş verə biləcək silahlı hücumun qarşısı vaxtında alınıb.
Belə ki, yayımlanan müşahidə kamerası görüntülərində məktəbin direktoru silahlı şəxsi zərərsizləşdirərək onun şagirdlərə atəş açmasının qarşısını alır.
Məlumata görə, məktəb direktoru Kirk Mur silahlı şəxsin ilk hədəfinə tuşlanmaq üzrə olduğu anda onun üzərinə atılaraq əlindəki silahı alıb.
Hadisəni törətməkdə şübhəli bilinən, məktəbin keçmiş şagirdi olan 20 yaşlı Viktor Hokins bildirib ki, o, “Kolumbayn məktəbindəki atıcılar kimi” hücum həyata keçirmək niyyətində olub.
Silahlı şəxsin saxlanılması zamanı direktor ayağından yaralanıb. Buna baxmayaraq, o, ən qısa zamanda işinə qayıtmaq istədiyini bildirib.
(Modern.az)