Azedu.az

Sabah 21 dərəcə isti olacaq

15 Aprel 2026, 13:20
Sabah 21 dərəcə isti olacaq

Aprelin 16-da gözlənilən hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Cənub-qərb küləyi səhər şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 8-10° isti, gündüz 15-18° isti olacaq. Atmosfer təzyiqi 767 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-60 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 5-9° isti, gündüz 16-21° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 1° şaxtadan 3°-dək isti olacaq.

TƏCİLİ! Rusiyada panika yaşanır - Dəmiryol stansiyası partladıldı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox