Azedu.az

PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir

Xəbərlər

14 Aprel 2026, 15:17
PIRLS 2026 ilə bağlı maarifləndirici görüşlər keçirilir

Cari ilin aprel-may ayları ərzində oxu savadlılığının inkişafı üzrə beynəlxalq qiymətləndirmə tədqiqatı olan PIRLS 2026 üzrə imtahanlar təşkil ediləcək.

AzEdu.az xəbər verir ki, tədqiqatda respublika üzrə seçilmiş 224 ümumi təhsil müəssisəsi iştirak edəcək.

Seçilmiş ümumi təhsil müəssisələrinin rəhbər heyəti və müəllimlərini PIRLS 2026 tədqiqatı barədə məlumatlandırmaq və qiymətləndirmə ilə bağlı suallarını cavablandırmaq üçün 3 aprel tarixindən etibarən Təhsil İnstitutunun müxtəlif struktur bölmə əməkdaşlarının iştirakı ilə Bakı, Naxçıvan Muxtar Respublikası da daxil olmaqla bütün regionlarda təhsilverənlərlə görüşlər təşkil edilir.

Bu görüşlərdə oxu savadlılığı, PIRLS beynəlxalq qiymətləndirmə tədqiqatının təhsil siyasətinə töhfəsi, kompüter əsaslı imtahanların keçirilməsi kimi məsələlər də daxil olmaqla müxtəlif pedaqoji, təşkilati və texniki mövzular müzakirə edilir.
 

İran "Qisas" əməliyyatına hazırlaşır: Xaricdəki qüvvələrə ƏMR VERİLDİ
Son xəbərlərDaha çox