Azedu.az

Məktəb menyularında sağlamlıq islahatı: qızardılmış yeməklər çıxarılır

Xəbərlər

14 Aprel 2026, 13:36
Məktəb menyularında sağlamlıq islahatı: qızardılmış yeməklər çıxarılır

İngiltərədə məktəblərdə verilən yeməklərlə bağlı yeni qaydalar gündəmdədir.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, hökumət uşaqların daha sağlam qidalanması üçün menyuda ciddi dəyişikliklər etməyə hazırlaşır.

Yeni plan qəbul olunarsa, məktəblərdə yağda qızardılmış yeməklərin verilməsi qadağan ediləcək.

Şirniyyat və pudinq kimi desertlərə də məhdudiyyət qoyulacaq. Bu desertlər həftədə yalnız bir dəfə verilə biləcək, eyni zamanda onların ən az yarısı meyvədən ibarət olmalıdır.

Rəsmilər bildirir ki, bu addımların əsas məqsədi uşaqlar arasında artıq çəki (piylənmə) probleminin qarşısını almaq və sağlam qidalanmanı təşviq etməkdir.

Yeni qaydaların yaxın vaxtlarda rəsmi olaraq təsdiqlənməsi gözlənilir.

Türkiyədən sonra Bakıda da oldu: Dəhşətli olayları kimlər təşkil edir?
SORĞU
Tələbələrin özlərinə ən yaxın və dəstəkçi hesab etdikləri rəhbərlər kimlərdir?
Səs ver
Son xəbərlərDaha çox