Azedu.az

İlin ilk rübündə 4 subay qadın övladlıq götürüb

Xəbərlər

14 Aprel 2026, 09:40
İlin ilk rübündə 4 subay qadın övladlıq götürüb

Bu ilin ilk 3 ayında 4 subay şəxs övladlıq götürüb.

AzEdu.az xəbər verir ki, bu barədə Report-un sorğusuna cavab olaraq Sosial Xidmətlər Agentliyindən məlumat verilib.

Bildirilib ki, həmin şəxslərin hər biri qadındır.

Qeyd edək ki, 2019-cu ildən indiyədək ümumilikdə 859 uşaq övladlığa verilib. Bu ilin ilk 3 ayı ərzində 40 uşaq övladlığa verilib. Onlardan 19-u qız, 21-i oğlandır. Yaş bölgüsünə görə, övladlığa verilən uşaqlardan 28-i 0-6 yaş, 8-i 7-11 yaş, 4-ü isə 12-18 yaş aralığındadır.

Ərdoğan ÖZÜNDƏN ÇIXDI - Ordumuzla İsrailə girərik!
Son xəbərlərDaha çox