Azedu.az

Ötən il Naxçıvanda 3437 uşaq doğulub

13 Aprel 2026, 11:19
Ötən il Naxçıvanda 3437 uşaq doğulub

Naxçıvan Muxtar Respublikasında (MR) 2025-ci ildə 3437 uşaq dünyaya gəlib.

Muxtar respublikanın Dövlət Statistika Komitəsindən AzEdu.az Report-a istinadən xəbər verir ki, doğulan uşaqlardan 1765-i oğlan, 1672-si isə qız olub.

Ötən il Naxçıvan MR-də uşaqlara ən çox qoyulan adlar da açıqlanıb. Belə ki, oğlan uşaqları arasında ən çox seçilən ad "Uğur" olub, 62 ailə övladına bu adı verib.

Qız uşaqları arasında isə ən populyar ad "Miray" olub. 2025-ci ildə 69 uşağa bu ad qoyulub.

Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox