Azedu.az

Amsterdamda həlak olan fələstinli uşaqlar yad edilib

AzEdu Təhsil Platforması

13 Aprel 2026, 12:02
Amsterdamda həlak olan fələstinli uşaqlar yad edilib

Hollandiyanın paytaxtı Amsterdamda İsrailin hücumları nəticəsində həyatını itirən Fələstinli uşaqlar və jurnalistlərin xatirəsinə geniş anım tədbiri təşkil olunub.

AzEdu.az xarici mediaya istinadən xəbər verir ki, meydanda simvolik olaraq minlərlə uşaq ayaqqabısı sərgilənib, eyni zamanda İsrail hücumlarında öldürülən jurnalistlərin fotoşəkilləri və adları nümayiş etdirilib.

Tədbirdə holland sənətçilər, yazıçılar, aktyorlar və prodüserlər çıxış edərək həlak olan uşaqların adlarını və yaşlarını bir-bir səsləndiriblər.

Aksiyanın əsas məqsədi müharibədə ölən mülki insanların, xüsusilə də uşaqların taleyinə diqqət çəkmək olub.

Anım mərasimində eyni zamanda Hollandiya hökumətinin mövqeyinə etiraz ifadə olunub. İştirakçılar beynəlxalq ictimaiyyəti Qəzzada baş verən humanitar böhrana daha ciddi reaksiya verməyə çağırıblar.

Tədbir sülh mesajları və müharibələrin dayandırılması tələbləri ilə yekunlaşıb.

İranla İsrail arasında DƏHŞƏTLİ SAVAŞ başladı - Hər yer bombalanır!
Son xəbərlərDaha çox