Azedu.az

FHN: 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib

Xəbərlər

13 Aprel 2026, 10:17
FHN: 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib

Azərbaycanda ötən həftə ərzində baş verən hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

AzEdu.az xəbər verir ki, bu barədə Föpvqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Bildirilib ki, FHN-in "112" qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında Nazirliyin aidiyyəti qurumları tərəfindən ötən həftə ərzində 179 yanğına çıxış, 41 halda köməksiz vəziyyətdə qalma, 2 avtonəqliyyat qəzası və intensiv yağışlarla əlaqədar qəza-xilasetmə əməliyyatları həyata keçirilib.

Görülən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınların operativ söndürülməsi, insanların həyatının xilas olunması təmin edilib.

Ümumilikdə, FHN-in qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 46 nəfər xilas edilib, 3 nəfər xəsarət alıb, hadisələr nəticəsində 9 nəfər həyatını itirib.

İrana dəhşətli hücum başlayır: Ordu hazır vəziyyətə gətirildi
Son xəbərlərDaha çox