Azedu.az

Bəzi rayonlara yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Xəbərlər

12 Aprel 2026, 11:44
Bəzi rayonlara yağış, Şahdağa qar yağır - FAKTİKİ HAVA

Aprelin 12-si saat 11:00-a olan məlumata əsasən ölkə ərazisinin bəzi rayonlarında arabir şimşək çaxır, yağış yağır, Şahdağda isə qar yağması müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən AzEdu.az-a verilən xəbərə görə, qar örtüyünün hündürlüyü Şahdağda 81 sm-dir.

Düşən yağıntının miqdarı Şahbuzda 9, Qax (Sarıbaş) və Balakəndə 6, Tovuz və Naxçıvanda 4, Şəki, Oğuz, Culfa, Lənkəran, Daşkəsən, İsmayıllı, Şamaxı, Qəbələ, Qusar, Quba, Mingəçevir, Göyçay, İmişli, Biləsuvar, Gədəbəy, Ağstafa, Gəncə, Naftalan, Şəmkir, Astara, Şərur, Ordubad, Kəlbəcər, Laçın, Qubadlı, Şuşa və Xankəndidə 3 mm-dir.

Aprelin 11-də şimal-qərb küləyi əsib, küləyin maksimal sürəti arabir Bərdədə 16, Culfada 15 m/s-dək güclənib.

Bakıda və Abşeron yarımadasında, Daşkəsən, Gədəbəy, Göygöl, Balakən, Qax (Sarıbaş), Zaqatala, Şəki, Şamaxı, Xızı, Qusar, Xaltan, Yardımlı, Lerikdə duman müşahidə olunur, görünüş məsafəsi 500 metrədək məhdudlaşır.

Rusiyada ortalıq q*an gölünə döndü: Ö*lənlərlər var
Son xəbərlərDaha çox