Azedu.az

17 yaşlı azərbaycanlı Şimali Makedoniyada qızıl medal qazanıb

Xəbərlər

12 Aprel 2026, 11:30
17 yaşlı azərbaycanlı Şimali Makedoniyada qızıl medal qazanıb

Gürcüstanın Rustavi şəhərindən olan 17 yaşlı azərbaycanlı Əbülfəz Məmmədov Şimali Makedoniyada keçirilən “Skopje Open Raumus 2026” taekvondo turnirində qızıl medal qazanıb.

AzEdu.az AZƏRTAC-a istinadən xəbər verir ki, o, yarışda yüksək pumse texnikası və akrobatik elementləri ilə fərqlənərək güclü rəqiblərini üstələyib.

Soydaşımız Əbülfəz Məmmədov 48 kiloqram çəki dərəcəsində bütün rəqiblərini məğlub edərək turnirin qalibi olub.

Müharibə BAŞLADI - İranla ABŞ bir-birinə ağır zərbələr endirir - Xəbəriniz var? - Media Turk TV
Son xəbərlərDaha çox