Azedu.az

Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 

Xəbərlər

12 Aprel 2026, 15:54
Müəllimini qətlə yetirən şagirdə 126 ilə qədər həbs istənilib 

Türkiyədə müəllimini qətlə yetirən şagirdlə bağlı istintaq yekunlaşıb.

Azedu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə ilə əlaqədar 17 yaşlı şagird barəsində ağır ittihamlar irəli sürülüb. 

Prokurorluq onun haqqında “vəzifəsini yerinə yetirən şəxsə qarşı qəsdən adam öldürmə” və digər maddələr üzrə ümumilikdə 126 ilə qədər həbs cəzası istəyib.

İstintaq zamanı müəyyən edilib ki, şagird hücumu əvvəlcədən planlaşdırıb. Onun bir müddət bu hadisəni törətmək üçün fürsət gözlədiyi və hadisə günü müəlliminə bıçaqla hücum etdiyi bildirilib.

Ekspertiza rəylərinə əsasən, təqsirləndirilən şəxsin psixi vəziyyəti normal olub və o, törətdiyi əməli şüurlu şəkildə həyata keçirib.

Qeyd edək ki, hadisə ölkədə geniş ictimai rezonans doğurub və məktəblərdə təhlükəsizlik məsələlərini yenidən gündəmə gətirib.

Rusiyada ortalıq q*an gölünə döndü: Ö*lənlərlər var
Son xəbərlərDaha çox