Azedu.az

7 yaşlı qız kanalda boğuldu

AzEdu Təhsil Platforması

11 Aprel 2026, 12:30
7 yaşlı qız kanalda boğuldu

Tərtər rayonunda 7 yaşlı qız kanalda boğulub.

AzEdu.az xəbər verir ki, hadisə aprelin 10-u saat 15 radələrində şəhər ərazisində baş verib.

Şəhər sakini 2019-cu il təvəllüdlü Aylin Mustafazadə evlərinin qarşısında olarkən ehtiyatsızlıqdan kanala yıxılıb. Azyaşlı köməksiz vəziyyətdə qaldığından kanalda boğulub.

Onun meyiti sudan çıxarılıb.

Faktla bağlı araşdırmalar aparılır.

Moskvaya kütləvi hücum aeroportlar bağlandı
Son xəbərlərDaha çox