Azedu.az

Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb

Xəbərlər

24 Mart 2026, 09:01
Yer kürəsində iqlim dəyişikliyi kritik həddə çatıb

Yer kürəsində iqlim dəyişikliyi kritik səviyyəyə yüksəlib və planet rekord dərəcədə qeyri-sabit vəziyyətdədir.

AzEdu.az xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Meteorologiya Təşkilatının illik hesabatında qeyd olunub.

Hesabatda qeyd olunub ki, istixana qazlarının yüksək konsentrasiyası dünya okeanı və atmosferin istiləşməsini davam etdirir. Ekspertlər bildiriblər ki, qlobal istiləşmə artıq ciddi nəticələrə səbəb olub, o cümlədən Arktikada buz örtüyünün sahəsi rekord səviyyədə azalıb.

Vurğulanıb ki, bu dəyişikliklər yüzilliklər, hətta minilliklər boyu mənfi təsir göstərməyə davam edəcək.

Təşkilat, həmçinin qeyd edib ki, son 10 il müşahidə tarixində ən isti illər olub. Son 20 ildə isə okean insanların istehlak etdiyi enerjidən 18 dəfə çox enerji udub.

Okeanın istiləşməsi nəticəsində dünyada quraqlıqlar, meşə yanğınları və daşqınlar kimi təbii fəlakətlərin sayı daha da artıb.

Rusiya bunu da etdi - Bakıya gözlənilməz hücum
Son xəbərlərDaha çox