Azedu.az

14 yaşlı yeniyetmə silahla başından vurularaq öldürülüb

AzEdu Təhsil Platforması

23 Mart 2026, 09:41
14 yaşlı yeniyetmə silahla başından vurularaq öldürülüb

Türkiyənin Düzcə şəhərində 14 yaşlı Cengiz Efe M. avtobus dayanacağında başından güllə yarası almış vəziyyətdə tapılıb.

AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, hərəkətsiz vəziyyətdə tapılan yeniyetməyə hadisə yerində ilkin tibbi yardım göstərilib və o, xəstəxanaya çatdırılıb.

Lakin uşaq bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Ölümü ilə bağlı genişmiqyaslı araşdırma başlanıb.

 

Rusiyadan Paşinyana ağır sözlər: O, qorxağın biridir!
Son xəbərlərDaha çox