İranın Səhiyyə naziri Məhəmməd Rza Zəfərqəndi bildirib ki, ABŞ və İsrailin hücumları nəticəsində bu günə qədər 210 uşaq həyatını itirib, 1510 uşaq isə yaralanıb.
AzEdu.az Türkiyə mediasına istinadən xəbər verir ki, Zəfərqəndinin sözlərinə görə, münaqişənin ilk saatlarında Minab şəhərində yerləşən Şəcərəyi-Təyyibə ibtidai məktəbinə edilən hücum xüsusilə faciəvi olub.
O qeyd edib ki, həmin hücum zamanı 168 uşaq həyatını itirib və bu hadisə müharibənin ən ağır faciələrindən biri kimi yadda qalıb.
Nazir əlavə edib ki, hücumlar təkcə insan itkiləri ilə məhdudlaşmayıb. Belə ki, müharibə müddətində 300 səhiyyə və təcili yardım mərkəzi zərər görüb.
İran rəsmilərinin məlumatına görə, ümumilikdə hücumlar nəticəsində ölənlərin sayı 1348 nəfəri, yaralananların sayı isə 17 mini ötüb.