Azedu.az

Kürdəmirdə ağır QƏZA: Yeddi yaşlı uşaq öldü

AzEdu Təhsil Platforması

22 Mart 2026, 15:40
Kürdəmirdə ağır QƏZA: Yeddi yaşlı uşaq öldü

Kürdəmirin Çöl-Ərəb kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzEdu.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 2019-cu il təvəllüdlü Hidayət Hüseynov yolu keçərkən VAZ-2107 markalı avtomobil onu vurub.

Ağır xəsarətlər alan yaralı təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı Kürdəmir Rayon Polis İdarəsində araşdırma aparılır.

Rusiyadan Ermənistana sərt sözlər - Seçkidə SAXTAKARLIQ VAR! -
Son xəbərlərDaha çox