Azedu.az

Atomun sirri açılır: yeni hissəcik kəşf edild

Xəbərlər

22 Mart 2026, 11:41
Atomun sirri açılır: yeni hissəcik kəşf edild

Son illərdə CERN alimlərinin apardığı uzunmüddətli araşdırmalar nəticəsində atomun quruluşu ilə bağlı mühüm yenilik əldə olunub.

AzEdu.az xarici KİV-ə istinsfən xəbər verir ki, tədqiqatçılar klassik protondan fərqlənən, daha ağır və mürəkkəb quruluşa malik yeni hissəcik aşkarladıqlarını bildiriblər. Bu kəşf maddənin əsasını təşkil edən elementar hissəciklər haqqında mövcud bilikləri genişləndirir və fizika elmi üçün yeni istiqamətlər açır.

Məlumata görə, yeni hissəcik adi protondan bir neçə dəfə ağırdır və onun daxilindəki kvarkların qarşılıqlı təsiri fərqli şəkildə formalaşır. Alimlər hesab edirlər ki, bu xüsusiyyətlər kainatda maddəni bir arada saxlayan güclü nüvə qüvvəsinin daha dərindən öyrənilməsinə imkan verəcək. Tədqiqat üzərində çalışan mütəxəssislər bu nəticəni əldə etmək üçün illərlə yüksək enerjili toqquşmalar üzərində təcrübələr aparıblar.

Ekspertlər qeyd edirlər ki, bu kəşf yalnız nəzəri fizika üçün deyil, gələcək texnologiyaların inkişafı baxımından da əhəmiyyətlidir. Yeni hissəciyin öyrənilməsi kvant mexanikası, enerji istehsalı və hətta kosmos tədqiqatlarında tətbiq oluna bilər. Alimlər yaxın illərdə bu istiqamətdə daha geniş araşdırmalar apararaq atomun hələ də açılmamış sirlərini üzə çıxarmağı hədəfləyirlər.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox