Azedu.az

Novruz tonqalı partladı 8-i uşaq olmaqla 10 nəfər yaralandı

Xəbərlər

21 Mart 2026, 23:17
Novruz tonqalı partladı 8-i uşaq olmaqla 10 nəfər yaralandı

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, 7-8-12-ci məhəllədə tonqal yandırılan zaman partlayış baş verməsi barədə məlumat daxil olub.

AzEdu.az xəbər verir ki, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. 

Hadisə yerində əməliyyat şəraitinin ilkin qiymətləndirilməsi zamanı vətəndaşlar tərəfindən tonqalı benzinlə yandıran zaman ani partlayışın baş verdiyi müəyyən olunub. 

Hadisə nəticəsində 8-i uşaq olmaqla ümumilikdə 10 nəfər xəsarət alıb.

FHN qüvvələri tərəfindən ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb, o cümlədən tonqalın ətrafa yayılmasının qarşısı alınıb. 

Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

TƏCİLİ! İran'ın Azərbaycandakı səfirinin evinə hücum - VURULDU!
Son xəbərlərDaha çox