Bu mart ayında bayram təqvimi diqqət çəkən nadir bir uyğunluqla yadda qalır. Uzun illərdən sonra ilk dəfə Novruz və Ramazan bayramları eyni dövrə təsadüf edərək ölkə daxilində xüsusi bayram ab-havası yaradıb.
Bəs, görəsən son 5 il ərzində neçə uşağa Ramazan və Novruz adları verilib?
AzEdu.az Ədliyyə Nazirliyinə istinadən xəbər verir ki, bu adlar ümumilikdə 332 uşağa verilib.
Belə ki, son 5 ildə 223 uşaq Ramazan, 109 uşaq Novruz adı ilə qeydiyyata alınıb.